“Azərenerji” rəsmisi: Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər 32 SES tikilib, yaxud yenidən qurulub
Far.Az xəbər saytı

“Azərenerji” rəsmisi: Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər 32 SES tikilib, yaxud yenidən qurulub


İşğaldan azad olunan ərazilərin yaşıl enerji zonasına çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Azərererji” ASC tərəfindən Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər 32 Su Elektrik Stansiyası (SES) tikilib, yaxud yenidən qurulub.

“Report”un Kəlbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu “Azərenerji” ASC mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev deyib.

O bildirib ki, bu il sentyabrın 2-də Qarabağ işğaldan azad olunandan sonra bölgədə istifadəyə verilən ən böyük SES-in açılışı olub:

“40 meqavat gücündə olan Yuxarı Vəng SES Kəlbəcər silsiləsinə aiddir və yaşıl enerji zonasına daxildir. SES tikilərkən flora və faunanın, eyni zamanda, digər normativlərin qorunmasına tam riayət olunub. Obyektdə Avropa istehsalı olan ekoturbinlər quraşdırılıb. Bu SES təkcə Kəlbəcərə deyil, ətraf rayonlara da elektrik enerjisi ötürmək gücündədir.

Həmin SES Kəlbəcəri beş il elektrik enerjisi ilə təmin etmək imkanındadır. Yuxarı Vəng SES-in istifadəyə verilməsi Yaşıl Dünya Həmrəylik ilində və COP29 üçün xüsusi əhəmiyyətə malikdir. Ümumulikdə Qarabağ və Şərqi Zəngəzurun SES potensialı 500 meqavata qədər qiymətləndirilir. Gələcəkdə daha 39 SES-in tikintisi mümkündür”.

Oxşar xəbərlər

İlham Əliyev Kəlbəcərdə “Zar” KSES-in və SCADA sistemi vasitəsilə Göygöldə “Toğanalı” KSES-in açılışını edib - YENİLƏNİB
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Mingəçevirdə inşa edilən elektrik stansiyası üçün turbin və generator gətirilib
Cavid Abdullayev: "Azərbaycanda “yaşıl enerji”yə keçid prosesi qarşısıalınmaz bir hala gəlib”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər