"Nar" Azərbaycanın iqtisadi imkanlarını əks etdirən analitik nəşrə dəstək verib
Sərfəli mobil operator "Nar" Alman-Azərbaycan Ticarət Palatası (AHK Azərbaycan) və "Germany Trade & Invest"in (GTAI) əməkdaşlığı ilə hazırlanan "Market Analysis Azerbaijan 2025–2026 – Industry Profiles and Investment Trends" adlı yeni nəşrin çapına dəstək olub. Bu nəşr Azərbaycanın iş dünyası nümayəndələri üçün etibarlı informasiya mənbəyi kimi ölkəmizin iqtisadiyyatında baş verən əsas inkişaf tendensiyalarını və gələcək investisiya imkanlarını təqdim edir.
Nəşr Azərbaycanın iqtisadi mənzərəsini əhatəli şəkildə təqdim edərək yerli və xarici investorlar üçün dəyərli bələdçi rolunu oynayır. Topluda ölkə iqtisadiyyatının on bir əsas sektoru – bərpa olunan enerji, neft-qaz, tikinti, kənd təsərrüfatı, səhiyyə, maliyyə, İKT, nəqliyyat, gəmiqayırma, mədən və su təsərrüfatı sahələri üzrə vəziyyət və perspektivlər ətraflı təhlil olunub. Həmçinin Qarabağın bərpası, sənaye zonaları və Bakı şəhərinin baş planı kimi istiqamətlər də ayrıca bölmələrdə işıqlandırılıb. Nəşr alman və ingilis dillərində pulsuz təqdim olunur və AHK Azərbaycanın rəsmi vebsaytından yükləmək mümkündür.
Bu layihəyə dəstək verməklə "Nar" Azərbaycanın iqtisadi inkişafı və beynəlxalq biznes əlaqələrinin güclənməsinə töhfə verməyi, həmçinin ölkədə bilik əsaslı və davamlı iqtisadi mühitin formalaşmasına dəstək göstərməyi hədəfləyir.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar" son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib
-
Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
-
Rusiyada zavodda baş verən yanğın nəticəsində ölənlərin sayı 13-ə çatıb - YENİLƏNİB-2
-
Tramp "Axios"un İranla bağlı məlumatını təkzib edib
-
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI













