Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik
Far.Az xəbər saytı

Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik


"28 May" Nəqliyyat Mübadilə Mərkəzində və Moskva prospektində yeni dayanacaq pavilyonları quraşdırılıb.

Far.Az xəbər verir ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində sərnişin tələbatının artması nəzərə alınaraq "28 May" NMM-də 2 yeni dayanacaq pavilyonu istifadəyə verilib.

Moskva prospekti, "20 Yanvar" dairəsindən "Şamaxinka" adlanan əraziyə gedən yolda isə cib tipli dayanacaq məntəqəsində səki infrastrukturu yaradılmaqla 4 pavilyon təşkil edilib.

Eyni zamanda, "Şamaxinka" adlanan ərazidə, metronun "20 Yanvar" stansiyası istiqamətində sərnişin axınının intensivliyi nəzərə alınaraq əlavə 1 pavilyon quraşdırılıb.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub
Azərbaycanla Ruanda arasında sənədlər mübadilə olunub, prezidentlər mətbuata bəyanatlarla çıxış edib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər