Rəşad Xalıqov: "Azərbaycanda rəqəmsal sənəd mübadiləsi hər il təxminən 2 min ağacı xilas edəcək"
Milli Elektron Hökumət Platformasında hazırda 500-ə yaxın dövlət xidməti rəqəmsallaşdırılıb.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədrinin müavini Rəşad Xalıqov "Kağızsız Hökumət: Rəqəmsallaşma və Ətraf Mühitə Təsiri" adlı tədbirdə deyib.
"Bizim digər dövlət məlumat sistemlərimiz də var. Bura sosial, gömrük, ekologiya, kənd təsərrüfatı və digər sahələrdəki sistemlər daxildir", - R. Xalıqov bildirib.
O qeyd edib ki, “Hökumət buludu” (G-cloud) Milli Data Mərkəzi, elektron imza sistemləri var, bundan başqa biometrik imza sistemi təşkil edilib: “Vətəndaşlarımız elektron imza sistemi ilə müxtəlif dövlət qurumlarından məlumat əldə edə bilirlər.
Həmiçinin bu il məlumat mübadiləsi ilə bağlı layihəmizi bitirmişik, bu da, dövlət qurumlarına sənədləri rəqəmsal formatda mübadilə etmək imkanı verir. İcra hissəsini bitirmişik. Bu ildən artıq məhkəmələri də bu işə cəlb etməyə başlamışıq.
Bütün bunların tətbiqi ilə hər il təxminən 2 min ağacı xilas etmiş oluruq. Bu işlərimizi Rəqəmsal Strategiya çərçivəsində davam etdirilməsi vacibdir".
R. Xalıqov hesab edir ki, dövlət qurumu olaraq əsas fəaliyyət sahəmiz birmənalı şəkildə Azərbaycanın rəqəmsal inkişaf strategiyasını formalaşdırmaqdır: "İnnovasiyalara töhfə, həmiçinin rəqəmsal texnologiyaların bütün sektorlar boyunca tətbiqinə töhfə verməkdir”.
Oxşar xəbərlər
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Mehriban Əliyeva Heydər Əliyev Fondunun uşaqlar üçün təşkil etdiyi şənlikdə iştirak edib
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Azad edilmiş ərazilərdə çəkilən "Azərbaycan" mahnısının klipi təqdim olunub
Ağsu və Zərdabda növbəti toxum sərgi-satış yarmarkaları keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda qayıdış hüququna həsr edilən beynəlxalq elmi konfrans keçirilir
-
Azərbaycanlı model rusiyalı aktrisa ilə evləndi
-
Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edib
-
Suraxanıda narkokuryerdən 10 kiloqram MARİXUANA AŞKARLANDI
-
Yaşı 50-ni keçənlərin DİQQƏTİNƏ! Risklər açıqlandı...
-
Gözəllik salonlarında lisenziyasız işləyən lazer epilyasiyası xidmətləri: Problem həllini tapmayıb













