"Microsoft" 30 ildən artıqdır gözlənilən funksiyanı "Windows"a əlavə etdi
"Microsoft" korporasiyası "Windows 11"-in sonuncu versiyasında "FAT32" bölməsi üçün olan ölçü məhdudiyyətini 32 GB-dan 2 TB-a qədər artırıb.
Bu dəyişiklik istifadəçilərə standart format komandasından istifadə edərək əlavə proqram təminatı olmadan disk bölmələrini formatlamağa imkan verəcək.
Məhdudiyyət "Windows"un ilk versiyalarından başlayaraq 30 ildən çox davam edirdi. Buna qədər 32 GB-lıq süni məhdudiyyətə baxmayaraq, "Windows" sistemləri digər əməliyyat sistemlərində və ya alternativ metodlarla yaradılan daha böyük "FAT32" bölmələrini oxumağa imkan verirdi. İndi isə "Windows 11" istifadəçiləri əlavə alətlərə ehtiyac olmadan 2 TB-a qədər "FAT32" bölmələri yarada biləcəklər.
Bundan əlavə "Canary" kanalında çıxan cari versiyada "Windows Sandbox Client"in yenilənmiş test versiyası da təqdim olunub. Bu versiyaya yeni funksiyalar, qovluqlara ümumi giriş və komanda xəttinin dəstəyi kimi xüsusiyyətlər əlavə edilib.
Far.AzOxşar xəbərlər
Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatır
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Slovakiyada PUA istehsal edən zavodun yandırılmasının qarşısı alınıb
-
Çempionlar Liqasında pley-offun cavab oyunları: "Fənərbağça" "Lion"a qarşı
-
Brent markalı neftin qiyməti bir barel üçün 87 dollardan aşağı düşüb
-
Qurban Qurbanov: "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacağıq"
-
Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib
-
Ötən gün 25 nəfər saxlanılıb













