“Azəriqaz” Sabunçuda mövcud qaz xətlərinin əsaslı təmirini aparır
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi paytaxtın Sabunçu rayonunda mövcud qaz xətlərinin əsaslı təmirini aparır.
“Far.Az” “Azəriqaz”a istinadən xəbər verir ki, Birliyin Layihə Konstruktor Bürosu tərəfindən hazırlanan 29 sayda layihənin icrası qurumun Təmir-Tikinti İdarəsinə həvalə edilib.
Avqust ayından etibarən ümumi uzunluğu 22 465 metr nəzərdə tutulan qaz xəttinin yenidən qurulmasına başlanılıb ki, artıq 10 000 metrdən çox hissəsində işlər yekunlaşıb. Təqdim olunan 29 layihədən 10-da işlər artıq tam yekunlaşıb, 17 layihə üzrə işlər davam edir, 2 obyekt üzrə isə işlərə yaxın günlərdə start veriləcək.
“Azəriqaz” bildirir ki, sentyabr ayının sonuna qədər qaz xəttinin çəkilişinin tam yekunlaşaraq istismara təhvil verilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işlərin 57%-i tamamlanıb
Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işlərin 57%-i tamamlanıb - FOTO
SOCAR dünyada ilk dəfə neft çıxarılan yatağın gələcək perspektivlərini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib













