Amazon, Snapchat və Zoom daxil olmaqla bir çox saytda qlobal giriş problemi yaşanıb
Far.Az xəbər saytı

Amazon, Snapchat və Zoom daxil olmaqla bir çox saytda qlobal giriş problemi yaşanıb


Dünyada populyar olan bir çox internet saytına istifadəçilər uzun müddət daxil ola bilməyiblər. Problemdən ən çox təsirlənən platformalar arasında Zoom, Canva, Amazon, Snapchat, PlayStation Network və Fortnite yer alıb.

Far.Az xəbər verir ki, istifadəçilər saytları açmağa çalışarkən "xəta" mesajı ilə qarşılaşıblar. DownDetector saytının məlumatına görə, həmçinin Udemy, Ring, Clash Royale, Life360 və Signal kimi platformalarda da müvəqqəti giriş problemləri müşahidə olunub.

Amazon Web Services (AWS) problemin farkında olduğunu və tədbir görüldüyünü açıqlayıb. Xidmət qısa müddət ərzində bərpa edilib.

Maraqlı tərəfi odur ki, yalnız internet saytları deyil, bəzi banklar da kesintidən təsirlənib. Halifax, Lloyds və Bank of Scotland daxil olmaqla bir sıra bankların xidmətlərində də müvəqqəti çətinliklər yaranıb.

Ekspertlər bildirir ki, bu tip qlobal kesintilər texniki nasazlıq və ya server problemləri səbəbindən baş verə bilər.

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər