Bakı hərbi parada hazırdır
Far.Az xəbər saytı

Bakı hərbi parada hazırdır


Bu gün Bakıda 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək.

Far.Az xəbər verir ki, hazırda paytaxt Bakıda parada hazırlıq işləri tamamlanıb.

Bu barədə BAKU.TV məlumat yayıb.

Qeyd edilib ki, paradda keçid edəcək şəxsi heyət, hərbi texnika artıq hazır vəziyyətə gətirilib.

Yerli media və mətbuat orqanları da hazırda Azadlıq meydanındadır. Onlar təşkil olunacaq tədbiri gözləyirlər.

Hərbi paradın 13:00-da başlanacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycanın müxtəlif qoşun növlərinin iştirak edəcəyi paradı Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, Pakistan Baş naziri Şahbaz Şərif və digər qonaqlar izləyəcək.

Oxşar xəbərlər

Zəfər Gününün 5-ci ildönümü Pakistanda təntənəli şəkildə qeyd olunub
Türkmənistanda Azərbaycanın Zəfər Günü qeyd edilib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər