Hindistanda ailə avtomobili üçün "dəfn" mərasimi keçirdi
Far.Az xəbər saytı

Hindistanda ailə avtomobili üçün "dəfn" mərasimi keçirdi


Hindistanda bir ailə sevimli avtomobili üçün dəfn mərasimi keçirib.

BAKU.WS xəbər verir ki, bu barədə "The Times of India" qəzeti yazıb.

Məlumata görə, Qucarat ştatının Padarşinqa kəndində ailə talismanına çevrilmiş avtomobil üçün qeyri-adi "dəfn" mərasimi keçirilib.

Sahibkar Sanjay Polara 12 illik avtomobili üçün təxminən 1500 nəfərin qatıldığı mərasim təşkil edib.

Güllər və çələnglərlə bəzədilmiş avtomobil üçün ailənin fermasında xüsusi 4,5 metr dərinliyində "məzar" hazırlanıb.

"Mən bu avtomobili təxminən 12 il əvvəl almışam və bu, ailəyə rifah və hörmət gətirib", - deyə Polara insanlara bildirib.

Onun sözlərinə görə, avtomobil ailəsi və biznesi üçün uğur simvoluna çevrilib. Mərasimə təxminən 4000 dollar xərclənib. "Dəfn" yerində ağac əkilməsi planlaşdırılır.

Oxşar xəbərlər

Turistlərin sevimli şəhərinə çevrilmiş paytaxt Bakı
FHN cəzaçəkmə müəsisəsində təlim keçirdi
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Birmarket ticarətçilərlə birgə ölkədə biznesi irəli aparır
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər