

İsrail girovlar müqabilində HƏMAS liderinin Qəzzadan təhlükəsiz çıxışını təmin etməyə hazırdır
İsrail radikal HƏMAS-ın lideri Yəhya Sinvara Qəzza zolağından təhlükəsiz çıxışını girovların qaytarılması və hərəkatın Fələstin anklavı üzərində nəzarətdən imtinası müqabilində təmin etməyə hazırdır.
“Report” xəbər verir ki, bu barədə İsrailin oğurlanmış və itkin düşmüş şəxslərin işi üzrə koordinatoru Qal Hirş "Bloomberg"ə müsahibəsində bildirib.
"Sinvar, ailəsi və ona qoşulmaq istəyən hər kəs üçün təhlükəsiz çıxış təmin etməyə hazıram. Girovların geri qaytarılmasını istəyirik", - Hirş deyib.
O əlavə edib ki, Qəzzada yeni idarəetmə sistemi lazımdır.
Bundan əvvəl amerikalı jurnalist və “Pulitzer” mükafatı laureatı Seymur Herş mənbələrə istinadən bildirmişdi ki, İsrailin Baş naziri Binyamin Netanyahu Qəzza zolağındakı tunellərdə gizlənən Yəhya Sinvarın təqibinin davam etdirilməsini istəyir, halbuki bu, bütün girovların ölümünə səbəb olacaq.
Oxşar xəbərlər
Bu gün Beynəlxalq İtkinlər Günüdür
İsraildə etiraz aksiyaları – hökumətə həm təzyiq, həm də dəstək - ANALİZ
Netanyahu: İsrail Qəzza razılaşmasının şərtlərini qəbul edib, növbə HƏMAS-dadır
Azərbaycanlı itkin ailələri bəyanat yayaraq beynəlxalq təşkilatlara çağırış edib - FOTO
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əzəli rəqiblərin ticarət MÜHARİBƏSİ: Coca-Cola Pepsi-ni geridə qoyur
-
Məşhur aktyor xəstəlikdən əziyyət çəkən oğlunu sığınacağa yerləşdirdi
-
78 yaşlı sənətçi 39 yaşlı sevgilisindən ayrılıb? - FOTO
-
Bir sıra şəhər və rayonlarda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işi açılıb
-
Naxçıvanda bacısını öldürən şəxs: "Namusumu küçələrə atmısan"
-
Balaxanı Sənaye Parkının ərazisi genişləndiriləcək - SƏRƏNCAM