Bakıda Özbəkistan Mədəniyyət Günlərinin açılışı olub
Far.Az xəbər saytı

Bakıda Özbəkistan Mədəniyyət Günlərinin açılışı olub


Bakıda Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib.

"Far.Az" xəbər verir ki, tədbir çərçivəsində Özbəkistanın mədəni irsinə, tarixinə və müasir inkişafına həsr olunmuş fotosərgi təşkil edilib.

Həmçinin Özbəkistanın zəngin mədəni irsini əks etdirən musiqili və rəqs tamaşalarından ibarət konsert proqramı da təqdim olunub.

Mədəniyyət Günlərinin keçirilməsində məqsəd Özbəkistan və Azərbaycan arasında dostluq əlaqələrini daha da möhkəmləndirmək, humanitar əməkdaşlığı inkişaf etdirmək və iki ölkə arasında mədəni dialoqu genişləndirməkdir.

Qeyd edək ki, Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri dekabrın 20-dək davam edəcək.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Bakıda Zəfər muzeyinin açılışı olub
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər