Azərbaycan I yarımildə xalis maliyyə öhdəliklərini 2 milyard dollardan çox azaldıb
Far.Az xəbər saytı

Azərbaycan I yarımildə xalis maliyyə öhdəliklərini 2 milyard dollardan çox azaldıb


Bu ilin I yarısında Azərbaycanın xalis maliyyə öhdəlikləri 2 milyard 80,9 milyon ABŞ dolları azalıb.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövründə xalis maliyyə öhdəliklərində 498,6 milyon ABŞ dolları artım olub.

Yarımillik azalma Azərbaycana cəlb olunmuş birbaşa investisiyaların 2 milyard 978,2 milyon ABŞ dolları artması (1 il əvvələ nisbətən cüzi az), cəlb olunmuş investisiyaların repatriasiyasının 3 milyard 352,3 milyon ABŞ dolları azalması (8,1 % az), neft bonusunun 456,4 milyon ABŞ dolları artması (1,4 % çox), portfel investisiyalarının 889,5 milyon ABŞ dolları azalması (52,8 % çox), digər investisiyaların isə 1 milyard 273,7 milyon ABŞ dolları azalması (1 il bundan əvvəl artım olub) hesabına təmin edilib.

Oxşar xəbərlər

Azərbaycan I yarımildə xalis maliyyə aktivlərini 129 milyon dollar artırıb
AMB: "Dollar satışında məhdudiyyətlərin mövcudluğu ilə bağlı xəbərlər reallığı əks etdirmir" - MÜSAHİBƏ
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Paşinyanın Ermənistana töhfəsi - işsizlik pik həddə çatıb - ŞƏRH
Ermənistanda İT və ixrac sektorunun tənəzzülü - sabiq nazir hökuməti günahlandırır - ŞƏRH

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər