TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən dekabrın 22-də 349 milyon 029 min 291 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə "Report" TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 0,14 % azdır.
Kipoi çıxış nöqtəsindən dekabrın 23-dən 29-dək 348 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.
Bu, dekabrın 16-na olan sifariş göstəriciləri ilə müqayisədə 0,43 % azdır. Dekabrın 17-dən 22-dək olan sifariş göstəriciləri ilə müqayisədə 0,29 % azdır.
Yunanıstanın Komotini çıxış nöqtəsindən dekabrın 22-dən 29-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən dekabrın 22-dən 29-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün dekabrın 22-dən 29-dək 287 milyon 012 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu çıxış nöqtəsindən qazın tədarükü üçün dekabrın 15-dən 22-dək olan sifariş göstəriciləri ilə müqayisədə eyni qalıb.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.
Oxşar xəbərlər
TAP vasitəsilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
ICGB və Şərqi Avropanın 5 ölkəsinin qaz operatorları Ukraynaya qaz tədarükünün yeni marşrutlarını işə salırlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva qəzada HƏLAK OLDU
-
Dövlət Departamenti Danimarkaya 951 milyon dollara "hava-hava" raketlərinin satışını təsdiqləyib
-
İlham Əliyev 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olunması ilə bağlı paylaşım edib
-
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub - YENİLƏNİB-5
-
Dəmir yollarından ŞAD XƏBƏR - 7 ədəd yeni...
-
Amnistiya aktı probasiya üzə 10 mindən artıq şəxsə tətbiq olunacaq













