Anar Əliyev IV "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Mentorluq Proqramı çərçivəsində IV "Yüksəliş" müsabiqəsinin qalibləri Nicat Qocayev və Eyyub Fətəliyev ilə görüşüb.
"Report" xəbər verir ki, görüşdə Mentorluq Proqramına uyğun olaraq müsabiqə qaliblərinin təcrübə imkanlarını artırmaları üçün nazirlikdə yaradılan şərait, onların liderlik potensiallarının inkişaf etdirilməsi məqsədilə aparılan işlərdən bəhs olunub.
Müvafiq mövzular ətrafında fikir mübadiləsi aparılıb. Qaliblərin təklifləri dinlənilib, layihələrlə bağlı müvafiq tövsiyələr verilib.
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Oxşar xəbərlər
"SOCAR Könüllüləri"nin Məzun Günü və müsabiqəsi keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













