Leyla Əliyevanın təşəbbüsü ilə Mingəçevirdə uşaqlar üçün Yeni il tədbiri keçirilib
Far.Az xəbər saytı

Leyla Əliyevanın təşəbbüsü ilə Mingəçevirdə uşaqlar üçün Yeni il tədbiri keçirilib


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Mingəçevir Uşaq Nevroloji Sanatoriyasında müalicə olunan uşaqlar üçün Yeni il şənliyi təşkil olunub.

"Far.Az" xəbər verir ki, bayram tədbirində IDEA İctimai Birliyinin könüllüləri uşaqlara hədiyyələr təqdim edib, balacalarla birlikdə müxtəlif əyləncəli oyunlar və fəaliyyətlər həyata keçiriblər. Bu təşəbbüs balacalara yeni il ərəfəsində xoşbəxtlik və bayram əhval-ruhiyyəsi bəxş edib.

Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə həm ölkənin müxtəlif regionlarında, həm də dünyanın bir sıra ölkələrində humanitar, təhsil, səhiyyə, sosial, ekoloji və digər sahələri əhatə edən genişmiqyaslı layihələr mütəmadi olaraq həyata keçirilir.

Xüsusilə bayram günlərində uşaq evlərində, internat müəssisələrində, eləcə də müalicə və qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbirlərinin təşkili bu təşəbbüslərin əsas istiqamətlərindən biridir. Himayədən məhrum olmuş, qayğıya daha çox ehtiyac duyan uşaqların sevindirilməsi, onların bayram ab-havasını hiss etmələri məqsədilə bu cür tədbirlər mütəmadi olaraq təşkil olunur.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında iştirak edib
Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər