Maliyyə naziri: "Beynəlxalq reytinq agentliklərinin indiki mövqeyi ilə kifayətlənmirik"
Azərbaycan beynəlxalq reytinq agentliklərinin indiki mövqeyi ilə kifayətlənmir.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bildirib.
"Ölkəmizin sağlam fiskal siyasət yürütməsini, neftdən asılılığını azaltmasını, valyuta ehtiyatlarını 84 milyard ABŞ dollarına çatdırmasını beynəlxalq reytinq agentlikləri çox yüksək qiymətləndirib. "Fitch" "Sabit" proqnozla, "Moody's" "Müsbət" proqnozla Azərbaycana investisiya dərəcəli reytinq verib. Düşünürük ki, bunlar, Azərbaycanın maliyyə dayanıqlığına, fiskal mövqelərinin möhkəmliyinə və monitar sabitliyinə ən bariz göstəricidir. Əlbəttə, biz bu göstəricilərlə razı deyilik. Düşünürük ki, bizim valyuta buferimiz, maliyyə sağlamlığımız, qeyri-neft gəlirlərimizin artımı, sosial-iqtisadi sabitliyimiz daha yaxşı göstəricilərə iddia etmək imkanı verir və bu istiqamətdə beynəlxalq reytinq agentlikləri ilə işlərimiz davam etdirəcəyik", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanın kredit reytinqi: ədalətli qiymətləndirmənin vaxtı gəlib?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
SOCAR "Sustainable Fitch" Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
SOCAR tarixində ilk dəfə olaraq investisiya oluna bilən dərəcədə iki reytinq əldə edir
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Tovuzda hamilə qadın bıçaqlanıb













