Premyer Liqada cari mövsüm 16 tur ərzində 36 penalti təyin olunub
Far.Az xəbər saytı

Premyer Liqada cari mövsüm 16 tur ərzində 36 penalti təyin olunub


Misli Premyer Liqasında cari mövsüm baş tutan 16 turun 95 matçında 36 penalti təyin olunub.

"Far.Az" xəbər verir ki, sözügedən statistika ilə bağlı Peşəkar Futbol Liqası məlumat yayıb.

Orta hesabla hər oyunda 0,38, yəni hər 237,5 dəqiqədə bir dəfə 11 metrlik cərimə zərbəsi vurulub. Bunlardan 29-u dəqiq olub. Futbolçuların dəqiqliyi 80,56 faiz təşkil edib.

Meydan sahibləri 19, qonaqlar 17 dəfə belə imkan qazanıb. Öz meydanında oynayanlar 2, səfər matçına çıxanlar 5 şansı qaçırıb.

Premyer Liqanın bütün komandaları penalti imkanı qazanıb. "Qarabağ"la "Sumqayıt" daha çox – hərəyə 5 belə zərbə vurub. Ağdam klubu 100 faizlik nəticə göstəribsə, Sumqayıt təmsilçisi yalnız iki dəfə dəqiq olub.

"İmişli" də üç penalti qaçırıb. Həm debütant, həm də "Qəbələ" penaltidən qol sevinci yaşamayıb: "Qarabağ" – 5, "Sumqayıt" – 5 (3-ü qeyri-dəqiq), "Neftçi" – 4, "Kəpəz", "Sabah", "Şamaxı", "Zirə" – 3, "İmişli" – 3 (3), "Araz-Naxçıvan", "Karvan-Yevlax", "Turan Tovuz" – 2, "Qəbələ" – 1 (1).

12 klubdan 11-i penalti ilə cəzalanıb. Yalnız "Sabah"ın qapısına 11 metrlik cərimə zərbəsi təyin edilməyib: "Araz-Naxçıvan" – 7 (1-i qeyri-dəqiq), "Karvan-Yevlax" – 6, "Qarabağ" – 5 (2), "Neftçi" – 3, "Qəbələ", "Turan Tovuz" – 3 (1), "Kəpəz", "Şamaxı", "İmişli" – 2, "Zirə" – 2 (1), "Sumqayıt" – 1 (1).

36 penaltini 22 futbolçu yerinə yetirib. Aleksandr Ramalinqom 5 belə imkan qazanıb. "Sumqayıt"ın legioneri yalnız 2 zərbədə sevinib. Toral Bayramov ("Qarabağ") 4, Emin Mahmudov ("Neftçi") və Ruan Renato ("Zirə") 3 dəfə penaltini qola çevirib.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakı Kitab Mərkəzində "Zəfər sevinci" adlı musiqili-ədəbi gecə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər