Litvada atəşfəşanlıqla bağlı fərqli qərarlar verilib
Far.Az xəbər saytı

Litvada atəşfəşanlıqla bağlı fərqli qərarlar verilib


Yeni il gecəsi Litvanın əksər böyük şəhərlərində atəşfəşanlıq olmayacaq. Yalnız Kaunas və Klaypeda şəhərlərində atəşfəşanlıq etməyə icazə verilib.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, paytaxt Vilnüsdə şəhər rəhbərliyi altı ildir atəşfəşanlıq nümayişlərini ləğv edib. Şəhərin Kafedral meydanında atəşfəşanlıq video proyeksiyalar və işıqlandırma qurğuları ilə əvəz olunub.

"Yeni il şənliklərinə yaradıcılıqla yanaşırıq, insan sağlamlığına, ətraf mühitə və heyvanların rifahına qayğı göstəririk. Minlərlə insan Kafedral meydanında toplaşır və atəşfəşanlıq zamanı ehtiyatsız hərəkətlər faciəli nəticələrə səbəb ola bilər", - deyə şəhər rəhbərliyindən bildirilib.

Kaunas şəhərində isə sakinlər və qonaqlar Yeni ili mərkəzi meydanda qeyd etməyə dəvət olunublar. Orada atəşfəşanlıq və genişmiqyaslı musiqi proqramı planlaşdırılıb.

Klaypeda isə keçən ildən atəşfəşanlığa icazə verib. Şəhər rəhbərliyi builki bayram atəşfəşanlığı üçün cəmi beş min avro ayrılacağını da bəyan edib.

Oxşar xəbərlər

Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda Zəfər Günü ilə bağlı atəşfəşanlıq keçirilib
60 ildir qorunan inanılmaz ÖZƏLLİK - Sakinlər də buna riayət edir
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər