Cəlilabadın dağlıq kəndlərinə qar yağıb
Far.Az xəbər saytı

Cəlilabadın dağlıq kəndlərinə qar yağıb


Cəlilabad rayonunun dağlıq kəndlərinə mövsümün ilk qarı yağıb.

"Report"un Muğan bürosunun məlumatına görə, qar rayonun əsasən dağlıq hissədə yerləşən - Musalı, Ləkin, Badamağacı, Şatırlı və Buravar kəndlərində yağıb.

Bu kəndlərdə qarın hündürlüyü 10 sm-i ötüb. Daha yüksək dağlıq hissələrdə isə qar örtüyünün qalınlığı 25 sm-ə çatıb.

Hazırda bu kəndlərdə şaxtalı hava şəraiti müşahidə olunur və qar yağmaqda davam edir.

Yerli sakinlərin sözlərinə görə, adətən mövsümün ilk qarı rayon ərazisinə dekabr ayı düşüb. Bu il isə ilk qar bir qədər gec yağıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ordubadın yüksək dağlıq ərazilərində qarın hündürlüyü 20 sm-ə çatıb
Növbəti köç Ağdərə və Xocalı rayonlarının kəndlərinə çatıb, açarlar təqdim olunub
İDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib
Növbəti köç karvanı Ballıca və Təzəbinə kəndlərinə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər