Sabah bəzi rayonlarda leysan yağacaq, dolu düşəcək
Far.Az xəbər saytı

Sabah bəzi rayonlarda leysan yağacaq, dolu düşəcək


Bakıda və Abşeron yarımadasında sentybarın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19° isti, gündüz 23-27° isti, dağlarda gecə 5-9° isti, gündüz 10-15° isti olacaq.

Oxşar xəbərlər

Bu həftə milli parklarda gözlənilən hava şəraiti açıqlanıb
Sabah yağış yağacaq, bəzi yerlərə dolu düşəcək
Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək
Sabah Bakıda və bölgələrdə yağış yağacaq
Sabah Bakıda yağış yağacaq? - Proqnoz AÇIQLANDI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər