ASCO bərə ilə avtomobil daşımalarında son 5 ilin rekordunu yeniləyib
Far.Az xəbər saytı

ASCO bərə ilə avtomobil daşımalarında son 5 ilin rekordunu yeniləyib


"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) bərə gəmiləri ilə 2025-ci ilin dekabr ayında 4 476 avtomobil daşınıb.

Bu barədə "Far.Az"a ASCO-dan məlumat verilib.

Bildirilib ki, bununla da 2020-ci ilin iyul ayında qeydə alınmış 4 379 avtomobil daşınması üzrə əvvəlki rekord yenilənib və bu, son 5 ilin ən yüksək göstəricisi olub.

2025-ci ilin noyabr ayında isə bərə gəmiləri ilə 3 243 avtomobil daşınıb. Beləliklə, avtomobil daşımalarının həcmi dekabr ayında noyabr ayı ilə müqayisədə təxminən 38 % artıb.

ASCO bərə ilə avtomobil daşımalarında son 5 ilin rekordunu yeniləyib

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanın 2025-ci ildə tranzit və yükdaşımada əldə etdiyi nailiyyətlər - TƏHLİL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər