Rusiyada polis reydi: 81 miqrant saxlanıldı
Far.Az xəbər saytı

Rusiyada polis reydi: 81 miqrant saxlanıldı


Rusiyanın Yekaterinburq şəhərində polis əməkdaşları tərəfindən keçirilən reyd zamanı soyuducu kombinatında 81 miqrant saxlanılıb.

Far.Az xəbər verir ki, bu barədə şəhər üzrə Daxili İşlər Nazirliyinin Baş İdarəsi "Lenta.ru"ya məlumat verib.

Araşdırmalar nəticəsində 47 xarici vətəndaşın Rusiyada qalmaq üçün qanuni sənədlərinin olmadığımüəyyən edilib və onlar ölkədən deportasiya olunub. Daha 18 xarici vətəndaş isə müvafiq iş icazələri olmadan çalışdıqlarına görə inzibati məsuliyyətə cəlb edilib.

Hazırda qanunsuz miqrasiyanın təşkili faktı üzrə cinayət işinin başlanması məsələsinə baxılır.

Reyd zamanı hüquq-mühafizə orqanları soyuducu kombinatının ərazisində, icarəyə götürülmüş sahələrdə Orta Asiya respublikalarından olan çoxsaylı vətəndaşların yaşadığı yataqxana aşkar ediblər. Yataqxananın yaxınlığında yerləşən balıq emalı sexində miqrantların işlədiyi bildirilib.

Qeyd edək ki, bundan əvvəl Çelyabinsk vilayətində minlərlə xarici vətəndaşın qanunsuz miqrasiyasını təşkil edən şəxs məhkəmə hökmü ilə cəzalandırılıb.

Oxşar xəbərlər

Sabunçu bazarında REYD - "Allahın cücüsüdür"
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər