Ötən il KOB evlərində sahibkarlara 543 mindən çox xidmət göstərilib
Far.Az xəbər saytı

Ötən il KOB evlərində sahibkarlara 543 mindən çox xidmət göstərilib


Sahibkarlar KOB evlərinə daha çox biznes fəaliyyəti üçün zəruri sənədlər və vergi məsələləri ilə bağlı müraciət ediblər.

BAKU.WS xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Bildirilib ki, 2025-ci ildə sahibkarlara vahid məkanda xidmətlərin göstərildiyi KOB evlərində ümumilikdə 543 033 xidmət göstərilib. Bu xidmətlərin 327 minə yaxını "Bakı KOB evi"nin, 131 mindən çoxu "Yevlax KOB evi"nin, 18 minə yaxını "Xaçmaz KOB evi"nin, 67 mindən çoxu isə "Xaçmaz KOB evi"nin "Food City" Aqroparkında yerləşən xidmət mərkəzinin payına düşür.

KOB evlərində sahibkarlara göstərilmiş xidmətlərin 496 minə yaxını dövlət qurumları (G2B), 47 mindən çoxu isə biznes qurumları (B2B) tərəfindən təqdim edilib.

Sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, mənşə sertifikatı, fiziki şəxsin vergi uçotuna alınması və vergi ilə bağlı digər məsələlər, gömrük, kommunal, bank xidmətlərindən istifadə üçün müraciət ediblər.

Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edib.

Qeyd edilib ki, KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxildir. KOB evlərində ümumilikdə 50-dən çox dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox G2B və B2B xidmətlər göstərilir.

Oxşar xəbərlər

KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış KOBİA-nın yaranmasından səkkiz il ötür
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Azərbaycanda I yarımildə KOB evlərində sahibkarlara 260 minə yaxın xidmət göstərilib
KOBİA 8 ildə KOB-ların maliyyələşdirilməsinə ayrılan vəsaitin məbləğini açıqlayıb
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər