Qadın yad uşaq dünyaya gətirdi və klinikanı məhkəməyə verdi
Far.Az xəbər saytı

Qadın yad uşaq dünyaya gətirdi və klinikanı məhkəməyə verdi


ABŞ-nin Florida ştatında bir cütlük reproduktiv tibb klinikasına qarşı məhkəmə iddiası qaldırıb. Buna səbəb onların dünyaya gətirdikləri uşağın bioloji olaraq onlara aid olmamasının üzə çıxmasıdır.

Far.Az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb.

İddiaçı qadın EKU (ekstrakorporal mayalanma) prosedurundan keçib və 2025-ci ilin dekabrında qız uşağı dünyaya gətirib. Lakin körpənin xarici görünüşü valideynlərdən kəskin şəkildə fərqlənib.

Cütlük tərəfindən aparılan DNT testi genetik ekspertizanın nəticələrinə əsasən valideynlərlə uşaq arasında bioloji qohumluğun olmadığını təsdiqləyib.

Valideynlər embrionun uşaqlığa köçürülməsi zamanı ciddi səhvə yol verildiyini düşünərək məhkəməyə müraciət ediblər. İddia ərizəsində qeyd olunub ki, daha böyük narahatlıq doğuran məqam isə embrionların başqa şəxslərə köçürülmüş ola bilməsi ehtimalıdır.

Cütlük klinikadan son beş il ərzində həmin müəssisədə embrion saxlamış bütün pasiyentlərin məlumatlandırılmasını və istəyənlər üçün pulsuz genetik testlərin təşkil edilməsini tələb edir. Eyni zamanda, dünyaya gətirdikləri qız uşağının bioloji valideynlərini tapmaq niyyətində olduqlarını bildiriblər. Onlar vurğulayıblar ki, qan bağı olmasa da, artıq körpəyə emosional bağlanıblar.

Klinikanın yaydığı açıqlamada bildirilir ki, baş verən səhvin mənbəyini müəyyənləşdirmək üçün hüquq-mühafizə orqanları ilə fəal əməkdaşlıq edirlər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər