Şöbə müdiri: Hazırda aztəminatlı ailələrdən olan 180 minə yaxın uşağa ünvanlı sosial yardım ödənilir
Far.Az xəbər saytı

Şöbə müdiri: Hazırda aztəminatlı ailələrdən olan 180 minə yaxın uşağa ünvanlı sosial yardım ödənilir


Hazırda aztəminatlı ailələrdən olan 179 min 618 uşağa ünvanlı dövlət sosial yardımı ödənişi verilir.

"Report" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov parlamentdə "Uşaq hüquqları haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı məlumat verib.

Nazirlik rəsmisi çıxışında həmçinin qeyd edib ki, yeni qanun layihəsində uşaq artıq yalnız sosial yardım alan şəxs kimi deyil, sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınıb:

"Bu da dövlətin sosial siyasətinin humanist mahiyyətini gücləndirməklə yanaşı, uşaqların layiqli həyat şəraitinin təmin olunmasına uzunmüddətli və dayanıqlı hüquqi zəmin yaradıb".

B.Hüseynov xatırladıb ki, nazirlik valideyn himayəsində məhrum olmuş, əlilliyi olan, baxımsız və ya sosial təhlükəli vəziyyətdə olan, məişət zorakılığından zərər çəkmiş, insan alveri qurbanı olan uşaqlara stasionar və yarımstasionar formada sosial-məişət, sosial-hüquqi, tibbi-sosial, sosial-psixoloji, sosial-iqtisadi, sosial-mədəni və sosial-pedaqoji xidmətlər göstərir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Turistlərin axın etdiyi Alban məbədi baxımsız vəziyyətdədir
Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında iştirak edib
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər