Yerə yaxınlaşan asteroidi nüvə zərbəsi ilə yönünü dəyişdirmək təhlükəsiz ola bilər
Far.Az xəbər saytı

Yerə yaxınlaşan asteroidi nüvə zərbəsi ilə yönünü dəyişdirmək təhlükəsiz ola bilər


Elmi fantastika filmlərində gördüyümüz senari gerçəyə çevrilə bilər. Yeni elmi simulyasiyalar Yerə doğru hərəkət edən asteroidin nüvə üsulu ilə trayektoriyasının dəyişdirilməsinin bəşəri fəlakətin qarşısını almaq üçün son və effektiv çıxış yolu ola biləcəyini göstərir.

BAKU.WS xəbər verir ki, Oksford Universiteti və nüvə yön dəyişdirmə təşəbbüsü olan OuSoCo-nun apardığı araşdırmaya əsasən, asteroidlər güclü zərbə və radiasiya altında parçalanmaq əvəzinə daha da möhkəmlənə bilir. Bu isə nüvə partlayışının asteroidin xırda hissələrə bölünüb Yerə yağması deyil, bütöv halda trayektoriyasının dəyişməsi ilə nəticələnə biləcəyini ortaya qoyur.

Tədqiqat çərçivəsində Campo del Cielo adlı dəmir meteoritindən götürülən nümunələr CERN-də yüksək enerjili hissəciklərlə sınaqdan keçirilib. Nəticələr göstərib ki, intensiv təsir zamanı materialın dayanıqlığı 2,5 dəfə artır, enerji daha effektiv şəkildə sönümlənir və quruluş özünü "uyğunlaşdıraraq" qoruyur.

Mütəxəssislər bildirirlər ki, bu yanaşmada asteroidin içinə nüvə başlığı yerləşdirməyə ehtiyac yoxdur. Göy cisminin yaxınlığında həyata keçirilən nəzarətli nüvə partlayışı səthdə buxarlanma yaradaraq itələyici qüvvə formalaşdıra və asteroidin Yerə təhlükə yaratmayan orbitə yönəlməsinə səbəb ola bilər.

Alimlər növbəti mərhələdə daha qarışıq quruluşa malik asteroidlərin də bu cür təsirlərə necə reaksiya verdiyini araşdırmağı planlaşdırırlar. Bu nəticələr planetar müdafiə strategiyaları üçün həlledici əhəmiyyət daşıyır.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər