Böyük Britaniya Baş nazirinin aparat rəhbəri Epşteyn qalmaqalı səbəbindən istefa verdi
Böyük Britaniya Baş nazirinin aparat rəhbəri Morqan Maksvini, mərhum amerikalı maliyyəçi Ceffri Epşteynlə bağlı qalmaqal fonunda vəzifəsindən istefa verib.
Far.Az "The Guardian"a istinadən xəbər verir ki, Maksvini Baş nazir Kir Starmerin Dauninq küçəsinə gətirilməsində və 2024-cü il seçkilərinə hazırlıq prosesində əsas rol oynamasına baxmayaraq, bu addım xüsusilə simvolik əhəmiyyət kəsb edir.
Mediada yayılan məlumatlara görə, Maksvini Peter Mandelsonun Böyük Britaniyanın ABŞ-dakı səfiri vəzifəsinə təyin olunmasını dəstəkləyib. ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan Epşteyn dosyesi diplomatın mübahisəli iş adamı ilə yaxın dostluğunu ortaya çıxarıb.
Maksvini açıqlamasında bildirib: "Vəziyyəti diqqətlə qiymətləndirdikdən sonra hökumətdən istefa vermək qərarına gəldim. Peter Mandelsonu səfir təyin etmək səhv addım idi. Bu qərar partiyamıza və ölkəmizə zərər vurub, siyasətçilərə olan etimadı sarsıdıb. Mən Baş nazirə tövsiyə verərkən məsuliyyəti tam öz üzərimə götürürəm."
Oxşar xəbərlər
Britaniya Baş nazirinin aparat rəhbəri Epşteyn qalmaqalı fonunda istefa verib
Epşteynlə əlaqələr, korrupsiya, rüşvət – erməni lobbisinin dəstəklədiyi konqresmenlərin adları qalmaqalda
Tənqid edilənlər, qalmaqal yaradanlar, ilklərə imza atıb, yeniliklər edənlər... - 2025-ci ilin əsas şou hadisələri
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev və Peter Pelleqrini Bratislavada Devin qəsrində olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













