"Tottenhem" - "Qarabağ" matçının hakimi daha əvvəl iki dəfə Azərbaycan klublarının oyununu idarə edib - ARAŞDIRMA
"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsinin I turunda İngiltərədə yerli "Tottenhem" komandası ilə matçını idarə edəcək Villi Delajo daha əvvəl iki dəfə Azərbaycan təmsilçisinin matçında iş başında olub.
"Far.Az"un məlumatına görə, 32 yaşlı FIFA referisi 2023/2024 mövsümündə "köhlən atlar"ın bu turnirdəki qarşılaşmasına da təyinat alıb.
Fransalı ədalət təmsilçisi Ağdam klubunun Finlandiyada HİK-i 2:1 hesabı ilə məğlub etdiyi III təsnifat mərhələsinin cavab görüşündə fitini səsləndirib. O, 16-cı dəqiqədə Helsinki komandasından Kevin Kuassivi-Benissanı birbaşa qırmızı vərəqə göstərərək meydandan qovub.
2020-ci ildən beynəlxalq oyunlara təyinat alan Delajo Bakıya da gəlib. Referi 2021/2022 mövsümündə "Neftçi"nin İsrailin "Makkabi" (Hayfa) klubu ilə heç-heçə etdiyi (3:3) Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında meydanda ədaləti qoruyub. O, həmin vaxt 77-ci dəqiqədə "ağ-qaralar"ın futbolçusu İsmayıl Zülfüqarlını birbaşa qırmızı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” oyunu sentyabrın 26-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Qarabağ" "Neftçi"ni məğlub edib - YENİLƏNİB - 6
"Qarabağ"ın Avrokuboklardakı böyükhesablı qələbələri
UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7
UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - YENİLƏNİB - 8
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
COP29 karbon bazarı əməkdaşlığının yeni mərhələsi üçün əsas yaradıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var
-
Kuşner: Əbu-Dabidə Ukrayna üzrə danışıqların ilk günü ümidvericidir













