Klinton Münhenə qatarla yollandı
Far.Az xəbər saytı

Klinton Münhenə qatarla yollandı


ABŞ-nin sabiq dövlət katibi Hillari Klinton Almaniyada keçiriləcək Münhen Təhlükəsizlik Konfransına qatılmaq üçün Berlin-Münhen sürət qatarı ilə səyahət edib.

Far.Az xarici mediaya istinadən xəbər verir ki, Klinton səfər zamanı Alman Dəmir Yollarında (Deutsche Bahn) baş verən texniki nasazlıqla üzləşib. Qatarın bistro vaqonunda elektrik kəsintisi yaranıb və sərnişinlərə isti içki təqdim etmək mümkün olmayıb. O, bu vəziyyəti sosial şəbəkə hesabında yumorla bölüşüb.

Paylaşımda diqqət çəkən məqam isə Klintonun keçmişdəki "e-poçt və gizli sənədlər" qalmaqalına eyham vurması olub. O bildirib ki, səfər boyu heç kim ona "dosyalar" barədə sual verməyib.

Qeyd edək ki, 62-ci Münhen Təhlükəsizlik Konfransı 13–15 fevral 2026-cı il tarixlərində keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanda meyvə bağını şaxta vurması üzrə 712 min manat sığorta ödənişi edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər