Anna Bordon: "Ortamüddətli perspektivdə Azərbaycanda iqtisadi artım templəri təxminən 2,5 % səviyyəsində sabitləşəcək"
Bu il Azərbaycanın ÜDM-i neft və qaz hasilatında davam edən zəiflik və qeyri-neft sektorunun artımının bir qədər sürətlənməsi fonunda 2,1 % artacaq, ortamüddətli perspektivdə isə iqtisadi artım templəri təxminən 2,5 % səviyyəsində sabitləşəcək.
"Far.Az" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon 2026-cı il fevralın 4-17-də Bakıya səfərinin yekunlarına dair bildirib.
Fondun proqnozlarına görə, 2027-2031-ci illərdə ölkə iqtisadiyyatı hər il orta hesabla 2,5 % artacaq. Neft-qaz ÜDM-i 2026-cı ildə 2 % azalacaq, sonrakı illərdə isə - 2032-ci ilə qədər - hər il 0,5 % azalacaq. Eyni zamanda, IMF-nin qiymətləndirməsinə görə, qeyri-neft ÜDM-i 2026-cı ildə 3,7 %, 2027-ci ildə 3,6 %, 2028–2032-ci illərdə isə orta hesabla illik 3,5 % artacaq.
"2025-ci ildə iqtisadi artım templəri zəifləyib, inflyasiya isə sürətlənib. Karbohidrogen hasilatı əhəmiyyətli dərəcədə azalıb, qeyri-neft sektorundakı dinamika isə neft və qaz qiymətlərinin aşağı düşməsinin dolayı təsiri, eləcə də əvvəlki yüksək göstəricilərdən sonra investisiya həcmlərinin normallaşması fonunda zəifləyib. Ümumilikdə real ÜDM artımı 2024-cü ildəki 4,2 % ilə müqayisədə 1,4 %-ə qədər yavaşlayıb", - A.Bordon qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsinə əsaslı olaraq prioritet diqqət yetirir.
"Özəl sektorun rolunun genişləndirilməsi, o cümlədən birbaşa xarici investisiyaların cəlb edilməsi hesabına, biznesin maliyyələşməyə çıxış imkanlarının genişləndirilməsi üçün kapital bazarlarının daha da dərinləşdirilməsini, insan kapitalına investisiyalar vasitəsilə əmək məhsuldarlığının artırılmasını, həmçinin qeyri-rəsmi məşğulluğun azaldılması üzrə islahatların davam etdirilməsini tələb edir. Dövlət müəssisələrinin fəaliyyətinin monitorinqində əldə olunan irəliləyişlə yanaşı, tənzimlənən qiymətlərin payının azaldılması və büdcə subsidiyalarının ixtisarı rəqabəti gücləndirməyə və onların işinin səmərəliliyini artırmağa imkan verərdi", - A.Bordon vurğulayıb.
Qeyd edək ki, IMF missiyasının səfərinin məqsədi ölkənin iqtisadi vəziyyətinin, o cümlədən maliyyə sektorunun inkişaf dinamikasının, iqtisadi perspektivlərin, risklərin və davamlı artımın təşviqinə yönəlmiş siyasət tədbirlərinin nəzərdən keçirilməsi olub.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan iqtisadiyyatı 2025-ci ildə: rekord valyuta ehtiyatları, Yaxın Şərqdə neft-qaz əməliyyatlarının genişləndirilməsi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabad sakini Aeroport yolundakı dəhşətli qəzada həlak oldu
-
Nurəli Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib
-
Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji və parıltı marafonu
-
Azercell Beynəlxalq Xalça Festivalında "Minlərlə ilmə, bir güc" xalçasını təqdim etdi
-
Sumqayıtda avtomobil yolu çöküb
-
"Met Gala 2026"nın ən çox müzakirə olunanları - SİYAHI













