Rəşad Sadıqov: "Turan Tovuz"un sıx və kompakt müdafiəsini yarmaq mümkün olmadı"
"Zirə" komandası "Turan Tovuz"la matçda rəqibinin sıx və kompakt müdafiəsini yara bilməyib.
"Far.Az" xəbər verir ki, bunu Bakı klubunun baş məşqçisi Rəşad Sadıqov oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis Misli Premyer Liqasının XXI turunda məğlub olduqları matç barədə danışıb:
"Oyuna çox uğursuz başladıq və qapımızda iki top gördük. Həmin anlarda komandada müəyyən çaşqınlıq hiss olunurdu. Birinci hissəni istədiyimiz kimi keçirə bilmədik və zəif təsir bağışladıq. İkinci yarıda isə tam fərqli mənzərə var idi. Rəqibin sıx və kompakt müdafiəsini yarmaq mümkün olmadı. Fasilədən sonra futbolçular əllərindən gələni etdilər, mübarizə apardılar. Lakin qarşılaşmanın əvvəlində yol verdiyimiz səhvləri sonradan aradan qaldırmaq mümkün olmadı".
Qeyd edək ki, "Turan Tovuz" - "Zirə" oyunu bölgə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.
Oxşar xəbərlər
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













