Dövlət Komissiyası: Ötən il narkotik cinayətlərində iştirak edən şəxslərin əksəriyyəti 30 yaşdan yuxarıdır
Far.Az xəbər saytı

Dövlət Komissiyası: Ötən il narkotik cinayətlərində iştirak edən şəxslərin əksəriyyəti 30 yaşdan yuxarıdır


Azərbaycanda ötən il narkotik cinayətlərində iştirak edən şəxslərin əksəriyyəti 30 yaşdan yuxarıdır.

"Far.Az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 5657 şəxs müəyyən edilib:

"Onların 35,8 faizini əvvəllər də cinayət törətmiş şəxslər təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə 23,1 faiz azdır. Cinayət törətmiş şəxslərin 98,4 faizi cinayət məsuliyyətinə cəlb olunub, 1,6 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib".

Bununla yanaşı cinayət törətmiş şəxslərin 60,9 faizini əmək qabiliyyətli yaşda olub işləməyən və təhsil almayanlar, 3 faizini qadınlar təşkil edib.

Cinayət törədənlərin 0,3 faizi 14-17 yaşlı yetkinlik yaşına çatmayanlar, 6,5 faizi 18-24 yaşlı, 14,6 faizi 25-29 yaşlı gənclər, 78,6 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.

Oxşar xəbərlər

Son 11 ayda narkotiklə bağlı 7 min 441 cinayət faktı aşkarlanıb
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
Övladlarını gənc yaşda itirən məşhurlar - SİYAHI
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər