ABŞ-ni istedadlı mütəxəssislər tərk etməyə başlayıb - SƏBƏB
ABŞ-də immiqrasiya qanunvericiliyinin sərtləşdirilməsi ixtisaslı mütəxəssislərin ölkədən getməsinə və transmilli korporasiyaların ölkədəki fəaliyyətlərini yenidən nəzərdən keçirməsinə səbəb olub.
BAKU.WS xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp tərəfindən təşəbbüs edilən islahatlardan sonra dünyanın ən böyük şirkətləri dəyərli əməkdaşlarını itirməklə üzləşiblər. Onların bir qismi digər ölkələrə köçürülüb.
Bildirilir ki, peşəkar xidmətlər göstərən şirkətlər, texnologiya korporasiyaları və sənaye konqlomeratları viza müraciətlərinə baxılma müddətinin uzadıldığını və imtina hallarının artdığını qeydə alırlar. Nəticədə bəzi mütəxəssislər ABŞ-dən kənarda qalır və geri qayıtmaq imkanı əldə edə bilmirlər.
Ekspertlərin fikrincə, Tramp administrasiyasının sərtləşdirdiyi immiqrasiya siyasəti beynəlxalq kadr axınına həm ABŞ-yə, həm də ştatlardan kənara doğru ciddi təsir göstərib. Son bir ildə çoxlu sayda alim, tədqiqatçı və digər yüksək ixtisaslı mütəəxəssislər yeni siyasətin nəticələrindən, viza məhdudiyyətlərindən və deportasiya riskinin artmasından ehtiyat edərək xaricdə iş imkanları axtarmağa başlayıblar. Müşahidəçilərin qiymətləndirməsinə görə, bu proses "beyin axını"na səbəb olub.
"VisaVerge.com" portalı qeyd edir ki, baş verən dəyişikliklər təkcə fərdi talelərə təsir göstərmir, eyni zamanda ABŞ-nin texnologiya, elm və innovativ biznes sahələrində liderliyinə də təhlükə yarada bilər. Tramp 2025-ci ildə yenidən vəzifəyə qayıtdıqdan sonra deportasiya praktikasının genişləndirilməsi, vizaların ləğvi, sərhədlərin bağlanması və bəzi immiqrant kateqoriyaları üçün müdafiə mexanizmlərinin aradan qaldırılması kimi sərt tədbirlər tətbiq edib.
Oxşar xəbərlər
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur













