Pakistan ordusu itkilərin sayını açıqladı
Far.Az xəbər saytı

Pakistan ordusu itkilərin sayını açıqladı


Pakistanla sərhəddə baş verən qarşıdurmada Əfqanıstan ordusunun azı 274 hərbçisi həlak olub, 400-dən çoxu isə yaralanıb.

Far.Az-in TASS agentliyinə istinadən yaydığı məlumata görə, bunu Pakistan Silahlı Qüvvələrinin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Ahmed Çaudxri açıqlayıb.

Onun sözlərinə görə, Pakistan ordusu Əfqanıstan tərəfinin 73 hərbi postunu məhv edib, daha 18 postu isə nəzarətə götürüb. Bundan başqa, tanklar, artilleriya qurğuları və zirehli transportyorlar da daxil olmaqla 115-dən artıq hərbi texnika sıradan çıxarılıb.

Məlumata əsasən, qarşıdurma zamanı Pakistan ordusu 12 hərbçisini itirib, 27 nəfər yaralanıb, bir hərbçi isə itkin düşüb. Rəsmi açıqlamada bildirilib ki, Taliban qüvvələri Əfqanıstan–Pakistan sərhədində yerləşən 53 yaşayış məntəqəsini atəşə tutub.

Oxşar xəbərlər

DSX-nin 270 hərbçisi mənzillə təmin olunub
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər