BƏƏ-dən çıxa bilməyən turistlərə yardım ediləcək
Dubayda ləğv edilən reyslər səbəbindən ölkədə qalan turistlərin qalma müddətinin uzadılması hotellərə tapşırılıb.
Far.Az xəbər verir ki, BƏƏ-nin İqtisadiyyat və Turizm Departamenti Dubaydakı hotellərə göstəriş verib ki, uçuşların ləğvi səbəbindən ölkəni tərk edə bilməyən turistlərin qalma müddətini uzatsınlar.
Tövsiyəyə əsasən, hotellər planlaşdırılmış tarixdə çıxış etməli olan, lakin mövcud şəraitə görə ölkədən gedə bilməyən qonaqlara qalma müddətini uzatmaq imkanı yaratmalı, ilkin bron şərtlərini saxlamalı və onları mövcud vəziyyətdə hoteldən çıxarmamalıdır.
Bundan əlavə, turist qalma müddətinin uzadılmasını ödəyə bilmədikdə, hotel bu barədə departamentə məlumat verməlidir. Məktubda vurğulanır ki, nəqliyyat məhdudiyyətləri səbəbindən çətin vəziyyətdə qalan qonaqlara maksimum dəstək göstərilməlidir.
Qeyd edək ki, Dubay və Şarcadakı bəzi hotellər ödənişli qalma müddəti bitən turistləri çıxarmağa başlayıb, baxmayaraq ki, onlar reyslərin olmaması səbəbindən ölkəni tərk edə bilmirlər. Əbu-Dabi və Ras əl-Xayma hakimiyyətləri Dubay və Şarcadan fərqli olaraq, turistlərin qalma müddətinin uzadılması xərclərini öz üzərinə götürüblər.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur













