Pəhləvinin paylaşımı etiraza səbəb oldu
Far.Az xəbər saytı

Pəhləvinin paylaşımı etiraza səbəb oldu


İrana hava hücumu zamanı 150 məktəbli qızın həlak olduğu bildirilir. Devrilmiş İran şahı Məhəmməd Rza Pəhləvinin sürgündə yaşayan oğlu Rza Pəhləvinin isə bu hadisə ilə bağlı paylaşım etməməsi müzakirələrə səbəb olub.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, İranın cənubunda yerləşən "Şəcerətüt-Tayyibə" qız ibtidai məktəbinə endirilən zərbə nəticəsində 150 qız uşağı həyatını itirib. İran tərəfi cavab hücumu zamanı üç ABŞ hərbçisinin öldüyünü açıqlayıb.

Rza Pəhləvi sosial şəbəkə hesabında qarşı hücumda ölən üç ABŞ əsgəri ilə bağlı başsağlığı mesajı yayıb. O bildirib ki, "rejim tərəfindən öldürülən üç amerikalı qəhrəman və yaralanan beş nəfər üçün ürəyim ağrıyır" və ailələrinə başsağlığı verib.

Onun iranlı qızların ölümü ilə bağlı hər hansı açıqlama verməməsi sosial mediada tənqidlərə yol açıb.

Qeyd edək ki, Rza Pəhləvi daha əvvəl İranın ali lideri Ayətullah Əli Xameneinin öldürülməsindən sonra ölkəyə rəhbərlik etməyə hazır olduğunu bəyan etmişdi. O, Xameneini "qanlı despot" adlandırmışdı.

Hadisə ilə bağlı rəsmi tərəflərin açıqlamaları və beynəlxalq reaksiyalar davam edir.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər