Səudiyyə Ərəbistanında hərbi baza yaxınlığında 5 PUA məhv edilib
Far.Az xəbər saytı

Səudiyyə Ərəbistanında hərbi baza yaxınlığında 5 PUA məhv edilib


Səudiyyə Ərəbistanı ölkədə yerləşən Şahzadə Sultan Hərbi Hava Bazası yaxınlığında 5 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini açıqlayıb.

Far.Az xəbər verir ki, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü, general-mayor Turki əl-Maliki bildirib ki, baza ətrafında "5 düşmən PUA-sı" zərərsizləşdirilərək məhv edilib. O, əlavə detal açıqlamayıb.

Bundan başqa, Səudiyyə Ərəbistanı Energetika Nazirliyinin rəsmisi yerli vaxtla saat 07:04-də Dammam şəhərində yerləşən Ras Tanura Neft Emalı Zavodu ətrafında zərərsizləşdirilən iki PUA-nın qalıqlarının obyektə düşməsi nəticəsində məhdud ziyan yarandığını bildirib.

Məlumata görə, qəlpələrin səbəb olduğu kiçik yanğına fövqəladə hallar briqadaları dərhal müdaxilə edib və alov qısa müddətdə nəzarətə götürülüb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Rəsmilər təhlükəsizlik məqsədilə zavodun bəzi istehsal bölmələrinin müvəqqəti dayandırıldığını, lakin yerli bazara neft və neft məhsullarının tədarükündə fasilə yaranmadığını vurğulayıblar.

Qeyd edək ki, Turki əl-Maliki daha əvvəl Ras Tanura zavodunu hədəf almağa cəhd göstərən iki PUA-nın da zərərsizləşdirildiyini açıqlamışdı.

Oxşar xəbərlər

DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər