Emin Hüseynov: Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasında enerji səmərəliliyinə diqqət yetirir
Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə şəhərlərin bərpası zamanı enerji səmərəliliyi məsələlərinə böyük diqqət yetirir.
"Report" xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bu gün Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən panel müzakirədə deyib.
“İşğaldan azad edilmiş ərazilərdəki yeni yaşayış və inzibati binalar ən yüksək “yaşıl tikinti” standartlarına cavab verəcək. Günəş panelləri, intellektual enerji təchizatı sistemləri sıfırdan tətbiq olunacaq”, - o bildirib.
E.Hüseynov qeyd edib ki, işğaldan azad edilmiş ərazilər müasir, dayanıqlı və sabit şəhər mühitinin yaradılması üçün böyük potensiala malikdir. Orada inşa edilən müasir yaşayış məntəqələri təkcə region üçün deyil, həm də bütün dünya üçün nümunə olacaq.
"Şəhərlərin dayanıqlılığı planlaşdırmanın əsasını təşkil edir. Bu, Azərbaycanın COP29-da sədrliyinin çoxsahəli fəaliyyət planının dayanıqlı və sağlam şəhərlərin yaradılması üzrə məqsədlərinə uyğundur", - o vurğulayıb.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Röya Ayxan və Kazım Candan "Dosta" yeni sürprizi
-
Rusiya və Monqolustanda taunun təbii ocağı hələ də qalır
-
Fransada Le Penin baş örtüyü planına qarşı etiraz aksiyası başlayıb
-
Seneqallı nazir "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
-
Burhanettin Duran: Türkiyə TDT-nin beynəlxalq arenada rolunu gücləndirmək niyyətindədir
-
Anar Bayramov Təranə Axundovaya yüksək VƏZİFƏ VERDİ













