Bakıda Mannerheymin İpək Yolu ilə səyahətlərinə həsr olunmuş fotosərgi açılıb
Bakıda Finlandiyanın məşhur dövlət və siyasi xadimi Karl Qustav Emil Mannerheymin (1867–1951) Böyük İpək Yolu ilə Bakıdan Çinə səyahətinə həsr olunmuş fotosərgi açılıb.
“Report” xəbər verir ki, tədbir Finlandiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
Açılış mərasimində Finlandiyanın Azərbaycandakı və Cənubi Qafqazın digər ölkələrindəki səfiri Kirsti Narinen çıxış edərək qısaca Mannerheymin həyatından danışıb.
Diplomat vurğulayıb ki, Mannerheym Finlandiyanın müstəqillik əldə etməsində və 20-ci əsrin birinci yarısında ölkənin tarixində, o cümlədən 1918-ci il vətəndaş müharibəsində, 1939-1940-cı illərin Qış müharibəsi və 1941-1944-cü illərin Davam müharibəsində mühüm rol oynayıb.
Onun sözlərinə görə, Mannerheymin səyahətində Bakı Finlandiya ilə Mərkəzi Asiya arasında duruş nöqtəsi olub.
“Tariximiz üçün belə mühüm şəxsiyyətə həsr olunmuş tədbirin burada keçirilməsi bizim üçün çox xoşdur. Şadıq ki, onun əsərlərini sizin üçün buraya gətirə və sizi onunla daha yaxından tanış edə bildik”, - səfir söyləyib.
FOTO: Ehtiram Cəbi
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WSJ: ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb
-
"Dəfn pulu"nu almaq ASANLAŞDIRILIR
-
DİN qanunsuz silah saxlayanlara ÇAĞIRIŞ ETDİ
-
Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub
-
Mərkəzi Nəbatat Bağı auditor seçir
-
SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb













