Bugünkü iməcilikdə Bakının 537 küçəsi yuyulub
Far.Az xəbər saytı

Bugünkü iməcilikdə Bakının 537 küçəsi yuyulub


Novruz bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyətinin tərəfindən şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə "Novruz bayramını təmiz şəhərlə qarşılayaq" devizi ilə təmizliklə bağlı bu gün genişmiqyaslı ümumçəhər iməciliyi keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən "Far.Az"a verilən məlumata görə, səhər saatlarından etibarən icra hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 537 əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulması təmin edilib, eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına səs verən müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də icra qurumlarının əməkdaşları ilə birlikdə iməcilikdə yaxından iştirak ediblər.

Paytaxtın bütün rayonlarını əhatə edən iməcilik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə, Novruz Bayramını təmiz şəhərdə, xoş əhval-ruhiyyə ilə qarşılanmasına töhfədir.

Oxşar xəbərlər

Xaçmazda Novruz bayramı ilə əlaqədar iməcilik keçirilib
Bu gün Bakının 496 küçəsi yuyulub - YENİLƏNİB
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər