"Vikipediya" məqalələrin süni intellekt vasitəsilə yaradılmasını qadağan edib
"Vikipediya"nın ingilisdilli bölməsi məqalələrin süni intellekt vasitəsilə yaradılmasına və redaktə edilməsinə rəsmi qadağa qoyub.
"Far.Az" xəbər verir ki, bu barədə onlayn ensiklopediyanın saytındakı məlumatda bildirilir.
Redaktorlar icması belə qənaətə gəlib ki, süni intellekt tərəfindən hazırlanan materiallar çox vaxt ensiklopediyanın əsas prinsiplərinə zidd olur. Müvafiq məhdudiyyətlər artıq layihənin rəsmi qaydalarında təsbit edilib.
Bununla belə, müasir texnologiyalardan tam imtina edilməyib. Redaktorlar yeni məlumat əlavə etməmək şərtilə mətnlərin ilkin yoxlanışı üçün yenə də süni intellektin köməyindən istifadə edə bilərlər. Bundan əlavə, süni intellekt tərcüməsindən istifadəyə icazə verilir, lakin müəllif sonradan nəticəni diqqətlə yoxlamağa borcludur.
Yeni qaydaları hazırlayanlar vacib bir nüansa diqqət çəkiblər: bəzən canlı müəlliflər elə tərzdə yazırlar ki, onu asanlıqla süni intellekt kimi qəbul etmək olar. Bununla əlaqədar moderatorlara redaktor hüquqları ilə bağlı məsələləri nəzərdən keçirərkən mətnin mənşəyi barədə yalnız üslub əsasında nəticə çıxarmamaq tövsiyə edilib.
Bununla yanaşı, mütəxəssislər qeyd edirlər ki, "Vikipediya" rəhbərliyi keyfiyyətli şəkildə generasiya olunmuş və sonradan insan tərəfindən təkmilləşdirilmiş süni intellekt mətnini redaktor tərəfindən tamamilə əllə yazılmış mətndən çətin fərqləndirə bilsin. Buna görə də süni intellektdən istifadəyə qoyulan tam qadağanın praktiki icrası böyük sual altında qalır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi
-
"Euronews": Dohada Hörmüz boğazı və uranla bağlı məsələlərə diqqət yetirilib - YENİLƏNİB
-
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
-
Bakı-Tbilisi sərnişin qatarı yola salınıb
-
"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Si Cinpin Vuçiçlə ölkələr arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər













