Qızılın qiyməti daha bir rekord vurdu
Qlobal əmtəə bazarlarında qızılın dəyəri sürətlə artaraq 4600 ABŞ dollarına yaxın səviyyəyə yüksəlib. Beynəlxalq birjalarda həm qiymətli, həm də sənaye metallarında ümumi bahalaşma tendensiyası müşahidə olunur.
Far.Az-in məlumatına görə, COMEX birjasında qızılın iyun fyuçersləri 1,04% (46,9 dollar) artaraq 4571,2 dollar səviyyəsinə çatıb. Spot bazarda isə qızıl 0,86% (38,49 dollar) bahalaşaraq 4532,6 dollar olub.
Digər metallar da artım nümayiş etdirib. Gümüşün may fyuçersləri 1,47% yüksələrək 70,82 dollara, misin may fyuçersləri 0,48% artaraq 552,1 dollara çatıb. Platinin spot qiyməti isə 2,91% bahalaşaraq 1923,5 dollar təşkil edib.
Mütəxəssislər bildirirlər ki, bu artımın əsas səbəbləri arasında dolların zəifləməsi, Yaxın Şərqdə gərginliyin artması fonunda investorların daha təhlükəsiz aktivlərə yönəlməsi və inflyasiya gözləntilərinin güclənməsi yer alır.
Oxşar xəbərlər
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ekspert: "Qızılın bir unsiyası 3 600 dollara qədər bahalaşa bilər"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













