Hörmüz boğazında gərginlik: Yüzlərlə gəmi keçid üçün icazə gözləyir
Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik Hörmüz boğazı ətrafında vəziyyəti daha da mürəkkəbləşdirib. Hazırda boğazın akvatoriyasında və ona bitişik sularda yüzlərlə gəmi toplanıb.
BAKU.WS xəbər verir ki, ümumilikdə 400-ə yaxın yük və müxtəlif təyinatlı gəmi boğazdan keçid üçün icazə gözləyir.
Bu gəmilərin bir qismi İranın nəzarətində olan adalar yaxınlığında lövbər salaraq vəziyyətin sabitləşməsini gözləyir.
Gərginliyin əsas səbəbi isə İran ilə ABŞ və İsrail arasında son dövrlərdə kəskinləşən qarşıdurmadır. Fevralın sonundan etibarən tərəflər arasında hərbi əməliyyatlar başlayıb, qarşılıqlı zərbələr endirilib və regionda təhlükəsizlik vəziyyəti ciddi şəkildə pisləşib.
Məhz bu fonda Tehran boğazdan keçid qaydalarını sərtləşdirib. İran rəsmiləri bildirir ki, ölkəyə qarşı əməliyyatlarda iştirak edən və ya onlara dəstək verən dövlətlərlə əlaqəli gəmilərin keçidi məhdudlaşdırılıb. Nəticədə bir sıra tanker və ticarət gəmiləri risk səbəbilə marşrutlarını dəyişmək və ya gözləmək məcburiyyətində qalıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
"TRT Haber": Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib













