Tokayev MDB məkanında “Birlik yarmarkası” proqramının işə salınmasını təklif edib
Far.Az xəbər saytı

Tokayev MDB məkanında “Birlik yarmarkası” proqramının işə salınmasını təklif edib


MDB Dövlət Başçıları Şurasının iclasında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Birlik ölkələrində dövlətlərarası “Birlik yarmarkası” proqramının işə salınmasını və hər il ticarət tədbirlərinin keçirilməsini təklif edib.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidmətinin bəyanatında deyilir.

“Bu gün yarmarka ticarətinə tələbat getdikcə artır. Təklif edirəm ki, “Birlik yarmarkası” dövlətlərarası proqramı işə salınsın. Proqram çərçivəsində hər il MDB ölkələrinin müxtəlif şəhərlərində bütün Avrasiya regionundan sənətkarların və fermerlərin dəvət olunması ilə ticarət tədbirləri keçirilsin”, - Tokayev bildirib.

O qeyd edib ki, Qazaxıstan ilk belə yarmarkanı ölkənin ən qədim şəhərlərindən birində - vaxtilə Böyük İpək Yolunun mühüm qovşağı olan və qədim zamanlardan “tacirlər şəhəri” adlandırılan Tarazda keçirməyə hazırdır.

“Əminəm ki, 2023-cü ildə qəbul edilmiş “Xidmətlərin və İnvestisiyaların Azad Ticarəti haqqında” Saziş ticari-iqtisadi əlaqələrimizin dərinləşməsinə hər cür töhfə verəcək. Eyni zamanda sənaye kooperasiyası, gömrük tənzimlənməsinin sadələşdirilməsi, yeni tədarük zəncirlərinin formalaşdırılması və rəqəmsal texnologiyaların tətbiqi məsələlərində qarşılıqlı əlaqənin gücləndirilməsi istiqamətində işlərin davam etdirilməsi vacibdir”, - Qazaxıstan lideri vurğulayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər