Akif Çağatay Kılıç: Biz Türkiyəni bu regiona məsuliyyət daşıyan aktor kimi görürük
Far.Az xəbər saytı

Akif Çağatay Kılıç: Biz Türkiyəni bu regiona məsuliyyət daşıyan aktor kimi görürük


Regionda sülh hamı üçün böyük əhəmiyyət daşıyır. Türkiyə hər zaman mədəniyyətin, rifahın, əməkdaşlığın və sülhün tərəfində olub.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik müşaviri Akif Çağatay Kılıç Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda" mövzusunda keçirilən panel sessiyada deyib.

"Məqsədimiz bütün xalqlar üçün daha yaxşı gələcək qurmaqdır. Biz Türkiyəni bölgənin ayrılmaz bir hissəsi və bu regiona məsuliyyət daşıyan aktor kimi görürük", - o vurğulayıb.

O qeyd edib ki, regionda baş verən bütün proseslərdə iştirak etmək vacibdir və bunun üçün daha geniş, əhatəli analizlərə ehtiyac var:

"Gələcəyə dair gözləntilərimiz böyükdür, lakin keçmişdən də öyrənəcəyimiz çox dərs var. Bu dərsləri nəzərə alaraq, gələcəyi daha sağlam şəkildə qurmalıyıq. Türkiyə öz üzərinə düşən məsuliyyət çərçivəsində dialoqun təşviqinə töhfə verməlidir. Bəzən sərt və arzuolunmaz ifadələr səslənə bilər, hətta dramatik məqamlarla qarşılaşa bilərik. Bununla belə, dialoq davam etməlidir. Bu gün burada dörd ölkənin təmsilçiləri olaraq bir araya gəlmişik. Azərbaycan və Ermənistan çətin bir dövrdən keçib. Hazırda regionda hələ də müəyyən gərginlik ocaqları mövcuddur, lakin ümid edirik ki, bu problemlər də yaxın zamanda aradan qalxacaq".

"Biz eyni bölgədə yaşayırıq və ortaq bir tarixi paylaşırıq. Ölkələrin bir masa ətrafında toplaşması müsbət haldır. Hər zaman eyni fikirdə olmaya bilərik, lakin əsas məsələ ortaq nöqtəni tapa bilməkdir.

Türkiyə hər zaman üzərinə düşən vəzifəni yerinə yetirməyə hazırdır. Biz tərəf tutmaq niyyətində deyilik, lakin hər hansı problem yaranarsa, onun həllinə dəstək verməyə hazırıq", - o bildirib.

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər