92 nömrəli marşrutun avtobusları yenilənir
Far.Az xəbər saytı

92 nömrəli marşrutun avtobusları yenilənir


92 nömrəli müntəzəm marşrutun avtobusları yenilənir.

Bu barədə "Far.Az"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, Binəqədi (10 May küçəsi) və Biləcəri qəsəbələrini metronun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 92 nömrəli müntəzəm marşrutda istismar olunan avtobusların bir qismi yenilənir.

"Aprelin 19-dan sərnişinlərin xidmətinə veriləcək 6 böyüktutumlu "Yutong" markalı müasir avtobus CNG texnologiyası ilə təchiz olunub. Yaxın aylarda marşrut üzrə avtobusların digər qisminin də yenilənməsi təmin ediləcək. Ümumilikdə 14 avtobus 7-8 dəqiqə intervalla sərnişinlərin ixtiyarında olacaq" - məlumatda vurğulanıb.

Qeyd edək ki, avtobuslarda ödəniş nağdsız qaydadadır.

Oxşar xəbərlər

Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! marşrutların hərəkət sxemi...
Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır
Bu gün paytaxtın 555 küçəsi yuyuldu
Sumqayıtdan paytaxta təşkil edilən yeni müntəzəm marşrutun dayanacaq məntəqələri açıqlanıb
Bu marşrut xəttlərinin avtobusları tam elektrikləşdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər