Azərbaycan BƏƏ ilə birgə “yaşıl enerji” layihələrini müzakirə edib
Far.Az xəbər saytı

Azərbaycan BƏƏ ilə birgə “yaşıl enerji” layihələrini müzakirə edib


Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə birgə “yaşıl enerji” layihələrini müzakirə edib.

“Far.Az” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabiri ilə görüşündə aparılıb.

Görüşdə ölkəmizin təmiz ətraf mühit və “yaşıl enerji” ölkəsinə çevrilməsinin qarşıya hədəf kimi qoyulduğu vurğulanıb, enerjidən səmərəli istifadə olunması və yeni dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən layihələr və onların icra vəziyyəti barədə məlumat verilib.

Eyni zamanda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) BƏƏ-nin Abu Dabi Milli Neft Şirkəti (ADNOC) və “Masdar” şirkəti ilə birgə layihələri, onların icrası istiqamətində perspektivdə duran məsələlər müzakirə edilib.

Tərəflər həmçinin, Azərbaycanla BƏƏ-nin iqtisadi sahədə birgə fəaliyyətinin perspektivləri, energetika sahəsində fəal əməkdaşlığın təşviqi və COP29 çərçivəsində ölkəmizlə tərəfdaşlıq barədə müzakirələr aparıblar.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Osman Xaliyev: “SİF-in prioritet sahələri sırasına “yaşıl layihə”lərin maliyyələşdirilməsini daxil etmişik” – MÜSAHİBƏ
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər