Mesut Özil: "Məqsədim Azərbaycanda və Türkiyədə istedadlı futbolçuları yetişdirməkdir"
Məqsədim Azərbaycanda və Türkiyədə istedadlı futbolçuları yetişdirməkdir.
"Report" xəbər verir ki, bunu Bakıda səfərdə olan sabiq futbolçu Mesut Özil deyib.
"Bu sahədə də uğur qazana biləcəyimi düşünürəm. Təcrübəmi yeni nəsillə bölüşmək niyyətimdəyəm. Əhalisi az olan ölkələrdən ulduz futbolçular çıxır. Niyə bizdə də olmasın?", - deyə keçmiş yarımmüfafiəçi vurğulayıb.
O, "Qarabağ" klubuna qarşı keçirdiyi oyunları yada salıb:
"Hər zaman ölkənizə gələndə insanlar məni yaxşı qarşılayıblar. "Qarabağ"a qarşı da oynamışam. Həmin matçı xatırlayıram".
Qeyd edək ki, Mesut Özil karyerası ərzində Almaniyada "Şalke 04", "Verder", İspaniyada "Real", İngiltərədə "Arsenal", Türkiyədə "Fənərbağça" və "Başakşehir" kimi klubların formasını geyinib. O, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.
Oxşar xəbərlər
Mesut Özil Bakıda uşaqlarla futbol oynayıb - FOTOREPORTAJ
Almaniya millisinin sabiq futbolçusunun Bakıya səfərinin səbəbi müəyyənləşib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
"Dinamo Zaqreb"in dünya futboluna bəxş etdiyi ULDUZLAR - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir













