"Sumqayıt"ın yeni baş məşqçisi: "Qazanacağım uğurlarla klubdakı fəaliyyətimin davamlı olmasına çalışacağam"
Qazanacağım uğurlarla klubdakı fəaliyyətimin davamlı olmasına çalışacağam.
Bunu "Far.Az"a açıqlamasında "Sumqayt"ın yeni baş məşqçisi Vaqif Cavadov deyib.
35 yaşlı mütəxəssis təyinatı ilə bağlı fikirlərini bölüşüb:
"Yeni təyinatımla bağlı məni təbrik edənlərə və bu işdə öz güvənini göstərən "Sumqayıt" klubunun rəhbərliyinə təşəkkürümü bildirirəm. Çalışacağam ki, ümidləri doğruldum. Bu, karyeramda ilk böyük addımdır. Daha əvvəl əvəzedicilərdə çalışmışam. Premyer Liqa klubunda ilk böyük sınağım olacaq. Müvəqqəti olaraq "Sumqayıt"ın baş məşqçisi təyin olunmuşam. Qazanacağım uğurlarla klubdakı fəaliyyətimin davamlı olmasına çalışacağam".
Qeyd edək ki, "Sumqayıt"ı son olaraq Samir Abasov çalışdırıb. "Gənclik şəhəri" təmsilçisi bu gün mütəxəssislə yollarını ayırdığını və baş məşqçi postuna Vaqif Cavadovu gətirdiyini açıqlayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Kəpəz"in baş məşqçi postuna əsas namizəd müəyyənləşib
Bayden qasırğaların fəsadlarının aradan qaldırılması üçün 612 milyon dollar ayırdığını elan edib
Baş məşqçisi ilə yollarını ayıran “Sumqayıt”ın yeni çalışdırıcısı açıqlanıb
Azərbaycan Premyer Liqasında I dövrənin təəccübləndirən mənzərəsi – TƏHLİL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?













