Anar Quliyev: "Azərbaycan regionda ən böyük yenidənqurma işlərindən birini həyata keçirir"
Far.Az xəbər saytı

Anar Quliyev: "Azərbaycan regionda ən böyük yenidənqurma işlərindən birini həyata keçirir"


Azərbaycan son dövrlərdə regionda ən böyük və ən əhatəli yenidənqurma işlərindən birini həyata keçirir.

"Far.Az" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumununun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusundə tədbirdə bildirib.

"Bir zamanlar dağıntılara məruz qalmış ərazilər davamlı, inklüziv və gələcəyə yönəlmiş şəhər və kənd icmalarına çevrilir. Təxminən otuz il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 %-i işğal altında qaldı. Bu dövr ərzində yüzlərlə şəhər, qəsəbə və kənd dağıdıldı. Kritik infrastruktur məhv edildi. Mədəni irs abidələri geri dönülməz zərərə məruz qaldı, bir milyondan çox azərbaycanlı evlərindən didərgin düşdü. 2020-ci ildə ərazilərin işğaldan azad edilməsindən sonra Azərbaycan yenidənqurma, reinteqrasiya və dayanıqlı regional inkişafa yönəlmiş əsaslı şəkildə yeni mərhələyə qədəm qoydu. Həmin ərazilərdəki dağıntıların miqyası misilsiz idi. 900-dən çox yaşayış məntəqəsi zərər görmüşdü və bütün şəhər sistemi fəaliyyətini dayandırmışdı. Bir vaxtlar canlı regional mərkəz olan Ağdam şəhəri işğaldan azad olunmuş ərazilərdəki dağıntıların ən görünən, lakin əlbəttə ki, yeganə olmayan nümunələrindən birinə çevrildi".

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Vətən müharibəsinin başlamasından 4 il ötür
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər